Ukrayna və ABŞ “Rapid Trident-2018” təlimlərinə hazırlaşır

2018/01/34234_1517244725.jpg
Oxunub: 3314     00:48     30 Yanvar 2018    
ABŞ və Ukrayna Silahlı Qüvvələri 10-dan çox NATO ölkəsi ilə birlikdə çoxmillətli “Rapid Trident-2018” təlimlərə hazırlaşır.

Ordu.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Ukrayna Silahlı Qüvvələri və xarici dövlətlərin birləşmiş qoşunlarının ən geniş quru təlimləri “Rapid Trident-2018”in planlanmasına başlanılıb. Quru Qüvvələri komandanlığının nümayəndəsi və ABŞ Silahlı Qüvvələri hərbi təlim missiyası ilkin planlama konfransı keçirib”, - deyə məlumatda qeyd olunub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: UkraynavəABŞ“RapidTrident-2018”təlimlərinəhazırlaşır  


Bizi "telegram"da izləyin