Britaniya SQ: Rusiya ilə münaqişə labüd ola bilər

2018/01/123123123_1517243084.jpg
Oxunub: 4462     21:39     29 Yanvar 2018    
“Rusiyanın regiondakı mövqeyi və planları səbəbilə Moskva ilə London arasında münaqişənin baş verməsi qaçılmaz hadisəyə çevrilə bilər”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general Nik Karter bəyan edib.

“Sivilizasiyalı dünyanın cəhdlərinə, mübahisələrin sülh yolu ilə həll edilməsinə yönələn addımlara baxmayaraq Rusiya və Böyük Britaniya arasında qarşıdurma qaçılmaz hadisəyə çevrilə bilər”, - deyə Karyer bildirib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət Rusiyanın öz rəqiblərinə onlardan fərqli olaraq hörmətlə yanaşdığını və onların hər birini ciddiyə aldığını anlamalıdır.

“Bizim nəsil “Soyuq müharibə”nin bitməsi dövründən sonra seçim üzrə müharibələrin baş verməsinə alışıb. Rusiya ilə münaqişə barədə isə bizim seçimimiz olmaya bilər”, - deyə general vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Böyük-Britaniya   Rusiya  


Bizi "telegram"da izləyin