Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Loru vilayətinin Spitak (Hamamlı-red) şəhərindən olan Hosep Qriqoryan hərbi xidmət keçmək üçün Rusiyadan Ermənistana qayıdıb.
Xatırladaq ki, 3-cu qarnizon istintaq şöbəsi tərəfindən yayılan məlumata görə, 27 yanvar 2018-ci il saat 16:25-16:45 radələrində Qarabağdakı qanunsuz hərbi birləşmələrdən birində, ön xətt döyüş mövqeyində baş alın hissəsindən dəlib keçən güllə yarasından, müddətli xidmət hərbi qulluqçusu Hovsep Qriqoryan ölüb.
İlkin məlumata görə, müddətli xidmət hərbi qulluqçusu Hovsep Qriqoryan digər xidmət yoldaşı tərəfindən silahla ehtiyatsız davranış qaydalarının pozulması nəticəsində ölüb.
Erməni əsgərin ölümündə günahkar bilinən hərbi qulluqçu həbs edilib.
Alpər Mövludoğlu
Ordu.az