Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə hava limanında jurnalistlərin suallarını cavablayan İsrail Baş naziri Benyamin Netanyahu bildirib.
“Mən Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşəcəm. Biz Suriyada hərbi əməkdaşlığı müzakirə etmək üçün tez-tez görüşürük. Bu gün bu əməkdaşlıq uğurlu alınır və bunun davam etdirilməsi vacibdir”, - deyə Netanyahu qeyd edib.
“Biz həmçinin İranın Livanı nəhəng raket bazasına çevirmə cəhdlərini də müzakirə edəcəyik. Bu baza İsrail dövlətinə qarşı yüksək dəqiqlikli raketlər üçün hazırlanır və biz buna imkan verməyəcəyik”, - deyə baş nazir əlavə edib.
Ağalar Ağalarlı
Ordu.az