Cənubi Koreya MN: Pxenyan xəritədən silinəcək

2018/01/354534534_1517209561.jpg
Oxunub: 4135     15:04     29 Yanvar 2018    
“Pxenyan Cənubi Koreya və ya ABŞ-a qarşı nüvə silahını istifadə edərsə, özü də xəritədən silinəcək”.

Ordu.az Sputnikə istinadən xəbər verir ki, bu fikirləri Cənubi Koreya Müdafiə naziri Sonq Yunq-moo səsləndirib.

“Koreyaların birləşdirilməsi üçün nüvə silahından istifadə etmək xəstə fikirdir. Kim Çen Inın nüvə hücumu ilə bağlı təhdidləri propaqandadan başqa bir şey deyil”, - deyə nazir bildirib.

O, eyni zamanda Cənubi Koreyanın dialoqlar vasitəsilə Şimalla əlaqələri gücləndirməyə çalışma siyasətini dəstəkləyib.

“Bu uzun çəkən çətin bir yol ola bilər, lakin fikrimcə səbrli olub, həmin yolla irəliləməyimiz ən doğru addım olacaq”, - deyə Sonq Yunq-moo əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Koreya-böhranı   Nüvə-silahı  


Bizi "telegram"da izləyin