ABŞ-da Ukraynaya “Javelin”lərin verilməsi müzakirə edilir

2018/01/345345345_1517206127.jpg
Oxunub: 3331     14:08     29 Yanvar 2018    
“Ukrayna və ABŞ Ukrayna ordusunun “Javelin” tank əleyhinə raket sistemləri ilə təchiz olunmasına dair danışıqları davam etdirir”.

Ordu.az Life.ru saytına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker bəyan edib.

“Hər şeyi hazırlamaq üçün zamana ehtiyac var. Komplekslərin saxlanacağı obyektlərin, təhvil vermə üsullarının müəyyənləşdirilməsi zəruridir. Biz birlikdə Silahlı Qüvvələrin işə necə cəlb olunması və daşınma barədə danışıqları davam etdiririk”, - deyə Volker bildirib.

Onun sözlərinə görə, “Javelin”lər müdafiə silahıdır, onun təyinatı hücumda və təmas xəttində istifadə üçün deyil.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Javelin   ABŞ-Ukrayna  


Bizi "telegram"da izləyin