Avstraliya XİN: Çin və Rusiya təhlükə mənbəyi deyil

2018/01/xw_10595554356346_1517203740.jpg
Oxunub: 2044     13:27     29 Yanvar 2018    
"Çin və Rusiya Avstraliyanın xarici təhlükəsizliyi üçün təhlükə kəsb etmir".

Ordu.az "Sky News" telekanalına istinadən xəbər verir ki, bu barədə Avstraliya xarici işlər naziri Culi Bişop bəyan edib.

O, bu barədə ABŞ müdafiə naziri Ceyms Mettis tərəfindən bu yaxınlarda təqdim olunan Birləşmiş Ştatların yeni milli müdafiə strategiyasında Rusiya və Çinin mövcud beynəlxalq nizamı pozan və ABŞ üçün təhlükəli olan dövlət kimi göstərilməsini şərh edərkən bildirib.

"Bizim Çin və Rusiyaya münasibətimiz fərqlidir. Bu ölkələri Avstraliyanın milli təhlükəsizliyi üçün hərbi təhlükə mənbəyi hesab etmirik", - deyə Bişop bildirib.

Nazir qeyd edib ki, Avstraliya Çinlə sıx əməkdaşlığı davam etdirir, o cümlədən Pekin və regionun digər ölkələri ilə mütəmadi hərbi təlimlər keçirir və keçirməyə davam edəcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya-Çin   Avstraliya  


Bizi "telegram"da izləyin