Ordu.az xəbər verir ki, bu fikirlər nüfuzlu “Politicio” dərgisində qeyd olunub.
Yazıda bildirilir ki, ordu hər biri 1000 nəfərlik 6 qoşun hazırlayır. Onlar öz ölkələrində partizan hərakatlarına mübarizə apara bilmək üçün yerli təhlükəsizlik qüvvələrini yetişdirmək və təlim keçmək üçün xüsusi hazırlanıb.
Yeni briqadalar Əfqanıstan, İraq və digər dövlətlərdə təhlükəsizlik qüvvələrini gücləndirmək üçün istifadə olunacaq. Artıq ilk qoşunun bu ilin yazında Əfqanıstana göndəriləcəyi bildirilib. Bu prezident Tramp tərəfindən irəli sürülən və yeni strategiyanın bir parçasıdır.
Dərgi qeyd edir ki, sözügedən addım həm də bu vaxta qədər olduqca baha başa gələn bütün addımların uğursuzluğunun ən aşkar etirafıdır.
Ağalar Ağalarlı
Ordu.az