İki ildən beş aya: Körfəzdə İran-ABŞ arasında uzunmüddətli sakitlik

2018/01/434545_1517128313.jpg
Oxunub: 2942     01:34     28 Yanvar 2018    
ABŞ gəmiləri körfəzə daxil olarkən ABŞ ordu zabitləri İranın sürətli hərbi qayıqlarının ən azı iki il müqavimət göstərəcəyini iddia etsə də, bu beş ay belə çəkmədi.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, İran körfəzində İran ilə ABŞ arasındakı periodik dəniz qarşıdurmalarında aylardır ki, səssizlik var.

ABŞ Mərkəzi Komandanlığının rəhbər ordu generalı Cozef Votel Yaxın Şərqdə jurnalistlərə verdiyi müsahibəsində bildirib ki, səssizliyin əsas səbəbi İranın ABŞ ordusunun yüksək hazırlıqlı olmasını anlaması ilə bağlıdır.

Qeyd edək ki, əsasən 50 kalibrlik pulemyotlarla silahlanmış bu gəmilər tez-tez ABŞ dəniz gəmilərinin atış məsafəsinə daxil olurlar. İran isə hər zaman dəniz qüvvələrinin su ərazilərini müdafiə etmə hüququna sahib olduğunu bildirir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin