“Mən İsrailə hamıdan çox hərbi yardım verirdim” - Obama

2018/01/31_1517071752.jpg
Oxunub: 3183     00:41     28 Yanvar 2018    
ABŞ-ın sabiq prezidenti Barak Obama anti-İsrail mövqeyində olmadığını və hökumətinin İsrailə onun dövrünə qədərki bütün hökumətlərdən daha çox hərbi yardım etdiyini bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Obama bu haqda Nyu Yorkdakı “Reform” Sinaqoqunda çıxışında danışıb.

“Hərdən işçilərimə zarafatla deyərdim ki, əslində mən liberal bir yəhudiyəm”, - deyə o əlavə edib.

Sabiq prezident İsrailin İudeya və Samariyadakı tikintilərini qınayan BMT qətnaməsinə veto qoymamasını da müdafiə edib. Həmin qətnamə Obama Oval Kabineti tərk etməzdən bir neçə həftə əvvəl, 2016-cı ilin dekabrında qəbul edilib.

Obama qeyd edib ki, İsrailin tikintiləri elə sürətlə irəliləyirdi ki, ümumiyyətlə hansısa Fələstin dövləti qurmaq üçün yer qalmayacaqdı.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Barak-Obama   İsrail  


Bizi "telegram"da izləyin