Polşa XİN: ABŞ-la sıx əməkdaşlığa ümid edirik

2018/01/305_1517049213.jpg
Oxunub: 2874     18:33     27 Yanvar 2018    
“Polşa ölkə ordusunun modernləşdirilməsi sahəsində ABŞ-la sıx və genişmiqyaslı əməkdaşlığa ümid edir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Poşla xarici işlər naziri Yatsek Çaputoviç bəyan edib.

O, bu barədə Birləşmiş Ştatların dövlət katibi Reks Tillersonla görüşün nəticələri üzrə birgə mətbuat konfransında bildirib.

“Biz Amerika sənayesinin bizim ordumuzun modernləşdirilməsində geniş şəkildə iştirak edəcəyinə ümidvarıq. İstərdik ki, yalnız zəruri silahları almayaq, həm də Polşa sənayesini modernləşdirək”, - deyə Çaputoviç qeyd edib.

Tillersonun sözlərinə görə, hazırda ekspertlərin bu sahə ilə bağlı danışıqları davam edir. O, bütün həll edilməmiş problemlərin həllini tapacağına əmin olduğunu vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Polşa-ordusu   ABŞ  


Bizi "telegram"da izləyin