Yeni bazalar: ABŞ Latın Amerikasında hərbi gücünü artırır

2018/01/456456_1517046893.png
Oxunub: 3502     22:09     27 Yanvar 2018    
Latın Amerikasında xeyli sayda yeni bazalar tikən ABŞ ordusu regionda hərbi gücünü artırır.

Ordu.az xəbər verir ki, 1980-ci illərdə Nikaraquadakı Sandinista hökumətinə qarşı müharibənin başlanmasından etibarən Hondurasla birlikdə istifadə etdiyi Palmerola Hərbi Hava Qüvvələri bazasının 2009-cu ildə mülki aeroporta çevriləcəyi vəd edilsə də, əksinə ABŞ ərazidə yeni tikintilər aparır.

ABŞ ərazidəki dəniz piyadalarının sayını 250-yə yüksəldib. Hazırda bazada ümumilikdə 1300 ABŞ hərbi və mülki personalı fəaliyyət göstərir. Bundan başqa ABŞ Hondurasda daha iki baza və Honduras donanması üçün bir tərsanə tikib.

2016-cı ilin sonunda Peru regional hökuməti Amazonda ABŞ Cənub Komandanlığı ilə partnyorluğa və yeni bazanın tikilişinə razılıq verdi. Braziliyada Dilma Russefin impiçmentindən və Argentinada sağçıların seçkilərədə qələbə qazanmasından sonra bu iki ölkə də ABŞ-la yaxınlaşmağa başlayıb.

2016-cı ilin mayında ABŞ-la razılığa gələn Argentina prezidenti Maurisio Makri ölkədə iki bazanın tikilməsinə icazə verib.

ABŞ-ın regionda güclənməsindən ən çox ehtiyat edən ölkələr isə Venesuela, Kuba, Boliviya, Nikaraqua və Ekvadordur.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Latın-Amerikası   Hərbi-bazalar  


Bizi "telegram"da izləyin