Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə kompaniya özü məlumat yayıb.
Məlumata görə, kontrakt MDA ilə “Lockheed” arasında olan THAAD sistemlərinin istehsalı və çatdırılması ilə bağlı müqaviləyə əlavədir. Bununla da sözügedən kontraktın ümumi dəyəri 1.28 milyard dollara yüksəlib.
Qeyd edək ki, THAAD Ballistik Raketdən Müdafiə Sistemində əsas elementdir və ABŞ ordusunun, sıx məskunlaşmış şəhərlərin və əhəmiyyətli infrastrukturların qorunmasında istifadə edilir. O əsasən qısa və orta mənzilli ballistik raket hücumlarına qarşı istifadə edilir.
Ağalar Ağalarlı
Ordu.az