Ordu.az dw.com saytına istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya müdafiə naziri Gevin Uilyamson bəyan edib.
“Böyük Britaniya Şotlandiyanın Unst adalarında yeni radar sistemi qurur. Bu sistem Böyük Britaniyanın hava məkanını Rusiya tərəfindən artan təzyiqlərdən qorumağa imkan verəcək”, - deyə Uilyamson bildirib.
Qeyd edək ki, Şotlandiyanın şimalında yerləşən Unst adalarında quruculuğun tamamlanması ilə bu adalar “Soyuq müharibə” dövründə olduğu gözətçi rolunu icra edəcək. Həmin zamanlarda radar NATO-nun şimal cinahı üçün xəbərdarlıq siqnal rolunu oynayırdı.
Ağalar Qəribov
Ordu.az