Litva Ukraynaya hərbi təlimatçılar göndərib

2018/01/234234_1517044154.jpg
Oxunub: 3457     17:51     27 Yanvar 2018    
“12 litvalı hərbi təlimatçıdan ibarət növbəti qrup bu gün iki ay müddətinə Ukraynaya yola düşüb”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Litva Silahlı Qüvvələri komandanının rəsmi nümayəndəsi, kapitan Donatas Suxotskis bəyan edib.

“Qrup Ukraynaya vətəndaş inzibati nəqliyyatı ilə yollanıb. Təyinat nöqtəsinə isə Polşa ərazisindən keçməklə gedəcəklər”, - deyə Suxotskis bildirib.

Kapitanın sözlərinə görə, litvalı mütəxəssislər iki ay müddətində Yavorovsk poiliqonunda ABŞ, Kanada və Polşa ilə birgə Ukrayna hərbçilərinə təlimlər keçəcəklər. Bu təlimlərə snayperlərin hazırlığı, hərbi əməliyyatların keçirilməsi üzrə təlimatlar və avtomatik qumbaraatanların tətbiqinə dair hərəkətlər daxildir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva-Ukrayna   Hərbi-təlimatçılar  


Bizi "telegram"da izləyin