ABŞ Çinə Şərqi Afrikada kimi “xozeyin” olduğunu göstərmək istəyir?

2018/01/US-AFRICOM-Photo-pic905-895x505-88808456456_1517043944.jpg
Oxunub: 2823     17:30     27 Yanvar 2018    
Çinin Cibutidə özünün ilk xarici Hərbi Dəniz Qüvvələri bazasını yaradacağı ilə bağlı məlumatdan sonra Pentaqon Afrika burnunda özünün “demokratiyanın dünyaya çatdırılması” konsepsiyasını müdafiə etmək qərarına gəlib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələri komandanlığının sosial şəbəkələrdəki rəsmi hesabında məlumat yerləşdirilib.

Məlumata əsasən, ABŞ hərbçiləri Cibuti ərazisində hərbi təliblər keçiriblər.

Təlimlərə 2017-ci ilin sonlarından başlandığı, onlarda NATO üzrə fransalı hərbçilərin də iştirak etdiyi qeyd olunur.

Təlimlər çərçivəsində əsas diqqət minaatanlarla atəşlərin aparılmasına yönəldilib. Bəzi məlumatlara görə, həmçinin PUA-lar vasitəsilə minaatan atəşinin aparılmasına dair hərəkətlərə də təlimlərdə yer ayırıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şərqi-Afrika   ABŞ-Çin   Cibuti  


Bizi "telegram"da izləyin