Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təlükəsizlik üzrə köməkçisi Herbert Makmaster Türkiyə preidentinin rəsmi nümayəndəsi İbrahim Kalınla telefon söhbəti çərçivəsində bəyan edib.
Türkiyə ciddi şəkildə Birləşmiş Ştatların YPG-ni silahla təchiz etməsindən narahatdır. Ankara dəfələrlə Vaşinqtonun YPG-ni silahla təchiz etməklə səhvə yol verdiyini bəyan edib.
Xatırladaq ki, ötən ilin noyabr ayında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ prezidenti Donald Trampın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı çərçivəsində PYG-nin təchizatını dayandırmağa söz verdiyini açıqlayıb.
Ağalar Qəribov
Ordu.az