Rusiyada yeni “Kurqanets” BMP-sinin sınaqlarına başlanıb

2018/01/p1bg02qbicorqvlgcnkr4e11u613456345_1517040806.jpg
Oxunub: 4338     16:12     27 Yanvar 2018    
“Kurqanets-25” orta tırtıllı platformasında qurulan yeni BMP-nin ilkin sınaqlarına başlanıb.

Ordu.az “Interfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatlı mənbələr məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Rusiya Müdafiə Nazirliyinin tələbinə uyğun olaraq maşının nəzərdə tutulan xüsusiyyətlərə çatıdırılması üzrə işlər plana uyğun şəkildə uğurla aparılır.

Digər bir mənbənin məlumatına görə isə yeni BMP-nin ilkin sınaqlar mərhələsi davam edir.

Onun sözlərinə görə, ilkin sınaqlarda qeydə alınan nöqsanlar aradan qaldırıldıqdan sonra dövlət sınaqlarına başlanacaq.

Lakin dövlət sınaqlarının məhz 2018-ci ildə başlanıb-başlanmayacağı tam bəlli deyil.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Kurqanets  


Bizi "telegram"da izləyin