“Rusiya ilə müharibəni nəzərə alıb plan hazırlamaq lazımdır” - Karter

2018/01/234234234_1517040458.png
Oxunub: 3027     16:10     27 Yanvar 2018    
“Rusiya ilə müharibənin baş verəcəyi təhlükəsini nəzərə alıb bu məsələ ilə bağlı planın hazırlanması zəruridir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqonun keçmiş başçısı Eşton Kuçer bəyan edib.

“Düşünürəm ki, biz və NATO-dan olan həmkarlarımız birlikdə Rusiyaya qarşı hərbi fəaliyyət planı hazırlamalıyıq”, - deyə Karter Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda kibertəhlükəsizlik üzrə məsələlərə dair sessiya çərçivəsidə bəyan edib.

O qeyd edib ki, Rusiyanın Baltikyanı ölkələr daxil ola biləcəyi halı üçün plan hazırlamaq mühümdür.

“Biz həmçinin “yaşıl adamcıqlar”ın Baltikyanı dövlətlərin ərazisinə daxil ola biləcəyini nəzərə alıb plan hazırlamalıyıq, əks təqdirdə ruslar say üstünlüyündən rahatlıqla yararlanacaqlar”, - deyə Karter açıqlayıb.

Karterin sözlərinə görə, Berlin divarının götürülməsindən sonra ABŞ Rusiyanı hərbi düşmən kimi nəzərdən keçirməyib, lakin son illərdə vəziyyət dəyişib, bu səbəbdən Rusiya ilə müharibəyə hazırlaşmaq zəruridir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Karter   Rusiya-ABŞ  


Bizi "telegram"da izləyin