Ordu.az “Express” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Ceyms Mettis bəyan edib.
“Bizim rəqiblərimiz müharibənin aparıldığı bütün sahələrdə üsünlüyə malikdirlər – həm havada, həm dənizdə, həm quruda, həm kosmosda, həm də kiberfəzada. Biz vasitələrimizi medernləşdirəcəyik, çünki sabahkı müharibələrdə dünən silahı ilə qalib gəlmək olmaz”, - deyə Mettis bildirib.
Onun sözlərinə görə, gələcəkdə müharibənin əsas aparılma meydanı kosmos olacaq.
“Hələ ki, peyklərin bir-birini məhv etməsi barədə söhbət belə getmir. Lakin onların vasitəsilə həm havanı izləmək, həm də rəqiblərin təyyarələrinin uçuşlarına nəzarət etmək mümkündür”, - deyə Mettis açıqlayıb.
Pentaqon başçısı ABŞ-ın kosmosda Rusiya və Çini qabaqlamaq üçün əlindən gələn hər şeyi edəcəyini bildirib. Bununla belə, Mettisin fikrincə, kosmosa dair xüsusi razılaşmaların əldə edilməsi zəruridir.
Ağalar Qəribov
Ordu.az