Donbasda gərginlik davam edir – 1 yaralı

2018/01/80907d34deb22e72376b74abeacf30e4bf83a5ef45645_1517037870.jpg
Oxunub: 2484     15:23     27 Yanvar 2018    
Geridə qalan bir gün ərzində Donbasda qeyri-qanuni silahlı birləşmələr atəşkəs rejimini bir dəfə pozublar, nəticədə bir Ukrayna əsgəri güllə yarası alıb.

Ordu.az xəbər verir ki, bu barədə ATO-nin mətbuat xidməti qərargahı öz “Facebook” səhifəsində məlumat yerləşdirib.

Məlumata əsasən Donetsk istiqamətində Avdeyevki məntəqəsi yaxınlığında Ukrayna ordusunun mövqeləri atəşə tutulub.

Luqanskda isə atəşkəs rejiminin pozulması halları qeydə alınmayıb. Saat 13:00-dan sonra bütün təmas xətti boyunca sakitlik müşayiət edilib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Donbas   Yaralı  


Bizi "telegram"da izləyin