“Ukrayna ordu üçün Kanada silahları alacaq” – Poltorak

2018/01/456456_1517036919.jpg
Oxunub: 4497     15:17     27 Yanvar 2018    
“Ukrayna Kanadadan silahlar almaq və bundan ordunu gücləndirmək üçün istifadə etmək niyyətindədir”.

Ordu.az Censor.net.ua saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Stepan Poltorak bəyan edib.

“Kanada Ukraynaya atıcı silahların və ümumilikdə təchizat, digər silah nüvlərinin satılması barədə qərar qəbul edib. Biz bu razılaşmanın bəzi detalları üzərində danışıqlar apararaq Kanada ilə hərbi texniki-əməkdaşlığı silahların alınması dərəcəsinə qədər genişləndirmək istəyirik”, - deyə Poltorak bildirib.

Qeyd edək ki, dekabrın 13-də Kanada Ukraynaya avtomatik silahların təchizatı barədə qərar qəbul etdiyini elan edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Poltorak   Ukrayna-Kanada  


Bizi "telegram"da izləyin