İsveçrənin Montrö şəhərində Qara dəniz boğazları rejimi üzrə Konferensiyada bu konvensiya Türkiyənin Qara və Aralıq dənizlərindəki Bosfor və Darnadel boğazları üzrə suverenliyini bərpa edib.
Son zamanlarda Türkiyə tərəfi Rusiya və Türkiyənin Qara dənizdə baş verənlərə nəzarət etməklə bağlı bu ərazidə böyük imperiyaların davamçıları qismində öz üzərlərinə məsuliyyət götürməli olduqlarını bildirib.
Hazırda NATO konfrontasiya sxemlərini Qara dəniz avkatoriyasına orada hərbi dəniz qruplaşmarının yaradılması barədə düşünür. Buraya Almaniya, İtaliya və ABŞ gəmilərinin yerləşdirilməsi planlaşdırılır. Rusiya isə NATO-nun Qara dənizdə hərbi potensialının genişləndirilməsinə qarşı zamanında hazırlanıb və Cənub Hərbi Dairəsinin gücləndirilməsinə ciddi diqqət göstərməkdədir.
Türkiyə NATO üzvü olmasına baxmayaraq Alyansın regionda digər iradəsi zəif NATO ölkələri hesabına regionda hərbi mövcudluğunu genişləndirməsinə ehtiyatla yanaşır və hətta bunu istəmədiyini açıq şəkildə etiraf etməkdən çəkinmir.
Beləliklə, Türkiyə Qara dəniz ölkələri olmayan dövlətlərin bu ərazidə hərbi gəmilər yerləşdirilməsinin qarşısının alınması, “Montrö” konvensiyasına riayət olunmasında maraqlıdır. Qara dəniz akvatoriyasındakı vəziyyətlə əlaqədar olaraq Ankaranın burada hərbi-dəniz mövcudluğunu genişləndirməsi də məhz bununla əlaəqləndirilə bilər.
Ağalar Qəribov
Ordu.az