Ordu.az Eurasian-defence.ru saytına istinadən xəbər verir ki, bu barədə Cənubi Hərbi Dairəsi mətbuat xidmətinin rəhbəri Vadim Astafyev bəyan edib.
“Artilleriya bölmələri 20-dən çox 152 millimetrlik 2S13M2 “Msta-S” özüyeriyən artilleriya qurğusu ilə təchiz olunublar”, - deyə Astafyev bildirib.
Onun sözlərinə görə, modernləşdirmə nəticəsində bu haubitsaların effektivliyi əhəmiyyətli dərəcədə artırılıb, həmçinin idaretmə sistemlərində bütövlükdə avtomatlaşdırma aparılıb.
Ağalar Qəribov
Ordu.az