“National Interest”: ABŞ yeni Rusiya silahlarına necə cavab verəcək?

2018/01/maxresdefault-50346_1517035733.jpg
Oxunub: 2855     14:32     27 Yanvar 2018    
Rusiyanın yeni S-500 zenit raket kompleksləri və “Armata” tankları, o cümlədən PUA-lardan istifadənin artması Vaşinqtonu rəqiblərin analoqlarını üstələyən silahlar hazırlamağa vadar edir.

Ordu.az xəbər verir ki, bu barədə “National Interest” nəşri məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Vaşinqtonun yeni döyüş texnikaları Rusiya nümunələrini qabaqlayan yeni nəsil silahlanmaların yaradılmasında ilk addımdır.

Belə ki, Birləşmiş Ştatlar M109A7-nin bazasında özüyeriyən haubitsa yaratmağa başlayıb, onun sürəti və müdafiə qabiliyyəti artırılıb. İstehsalçılar iddia edir ki, yeni haubitsalar 70 kilometr məsafədə olan hədəfləri məhv etməyə qadirdir.

ABŞ ordusunun general-mayoru Devid Bassetin sözlərinə görə, hazırda ABŞ ordusunda 1980-ci illərin topları yer alır.

“Biz uzaqmənzilli məsafədə uduzuruq, ruslar bizdən üstündürlər və onlar daha uzaq məsafədə olan hədəflərin öhdəsindən gələ bilirlər”, - deyə Basset bildirib.

Qeyd edək ki, daha öncə Britaniya baş qərargahının rəhbəri Nik Karter də Rusiya ordusunun Britaniya ordusundan üstün olduğunu açıqlayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin