“ABŞ dövlət katibi Reks Tillersin fevralın əvvəlində Latın Amerikası ölkələri üzrə turne keçirəcək, bu turne çərçivəsində o, Meksika, Argentina, Peru, Kolumbiya və Yamaykaya səfər edəcək”.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti mətbuat xidmətinin rəhbəti Hezzer Nauret bəyan edib.
“Dövlət katibi sülh, inkişaf, enerji təhlükəsizliyi və Qərb yarımkürəsində demokratiya barədə həmkarlarımızla birgə fəaliyyət göstərmək barədə müzakirələr aparacaq. Səfər çərçivəsində Tillerson həmçinin Venesueladakı böhrana diqqəti artırmağa da çağırış edəcək”, - deyə Nauret bildirib.
Qeyd edək ki, səfər fevralın 1-dən 6-dək davam edəcək.
Ağalar Qəribov
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
ABŞ
Reks-Tillerson