Müdafiə xərcləmələri hər il Şotlandiya iqtisadiyatına 1.5 milyard funtsterlinq qazandırır.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi bildirib.
Məlumata görə, Şotlandiya sənayesi müdafiə xərcləmələrindən hər il 1.5 milyard funtsterlinq qazanır. Bu investisiya Şotlandiyada 9750 özəl sektor biznesinə dəstək verir.
Müdafiə Nazirliyi ötən il “Clyde” tərsanələrində 4 min iş yeri açacaq 20 illik proqram elan edib. Proqram çərçivəsində 8 ədəd dənizaltı freqatının ilk üçü üçün 3.7 milyard funtsterlinlik müqavilə imzalanıb.
“Şotlandiya Britaniya Müdafiə və milli təhlükəsizliyi üçün həyati əhəmiyyətə malikdir. Hazırda Şotlandiyalı dənizçilər, hərbçilər və pilotlar BMT-nin missiyalarında fəaliyyət göstərir, İŞİD-ə qarşı Yaxın Şərqdə müharibə aparır, İraq Təhlükəsizlik Qüvvələrinə təlimlər keçir və Dəniz mühafizəsini təşkilində iştirak edirlər”, - deyə Şotlandiyalı parlament üzvü Quto Beb bildirib.
Ağalar Ağalarlı
Ordu.az