Uilyamson:“Rusiyanın kiber hücumu Britaniyada xaos yarada bilər”

2018/01/48541258412_1516981080.jpg
Oxunub: 2861     02:21     27 Yanvar 2018    
Britaniya Müdafiə naziri Rusiya tərəfindən edilə biləcək kiber hücumun Britaniya infrastrukturunu iflic edəcəyi və minlərlə insan tələfatına yol açacağı haqda xəbərdarlıq edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Britaniya Müdafiə naziri Qavin Uilyamsonun sözlərinə görə, Rusiya Birləşmiş Krallığın enerji təchizatı və dəstək infrastrukturunu tədqiq edir.

Uilyamson bu sahəyə ediləcək istənilən kiber hücumun ümumi xaosa yol açacağını bildirib.

“Onlar Britaniyaya necə xəsar yarada bilərlər deyə düşünürlər. Bu hücum ölkəmizin iqtisadiyyatını dağıtmaq, infrastrukturumuzu pozmaq və minlərlə ölümə səbəb olmaqla total xaosa gətirib çıxara bilər”, - deyə nazir qeyd edib.

Rəsmi Moskva Uilyamsonun iddialarına hələlik cavab verməyib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Rusiya   Kiber-hücum  


Bizi "telegram"da izləyin