Husi qiyamçılarına qarşı vuruşan Səudiyyə rəhbərliyindəki hərbi koalisiya 27 uşaq əsgəri Yəmən hökumətinə təhvil verib.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Səudiyyə hökumətinin mətbuat mərkəzi məlumat yayıb.
Məlumata görə, uşaqlar qiyamçılarla birlikdə vuruşarkən ələ keçirilib.
“Husi qiyamçıları yəmənli uşaqlar və yeniyetmələri döyüşməyə məcbur edərək onları öz uğursuz əməliyyatlarında istifadə edirlər. Bütün uşaqlar Yəmən hökumətinin nəzarətində olan Mərib vilayətinə aparılıb”, - deyə açıqlamada bildirilib.
Ağalar Ağalarlı
Ordu.az