Pentaqon Pakistandakı dron hücumunu inkar edir

2018/01/54545485415_1516980243.jpg
Oxunub: 2300     00:34     27 Yanvar 2018    
Pentaqon Pakistan ərazisindəki qaçqın kampına dron hücumu etdiyi haqda irəli sürülən ittihamları təkzib edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi polkovnik leytenant Mayk Andrüs bildirib.

“Mən Pentaqonun yanvarın 24-də Əfqanıstandan kənarda heç bir hava hücumu etmədiyini təsdiqləyə bilərəm”, - deyə Andrüs qeyd edib.

Dron hücumları adətən Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və ya ordu tərəfindən həyata keçirilir. MKİ isə məsələyə münasibət bildirməkdən imtina edib.

Qeyd edək ki, Pakistan dron hücumuna görə ABŞ-ı ittiham edir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ.Pakistan   Dron  


Bizi "telegram"da izləyin