“Yəmənə raket çatdırılması səfeh iddiadır”

2018/01/4545812545_1516980004.jpg
Oxunub: 1871     00:06     27 Yanvar 2018    
“Çox möhkəm mühasirədə olan Yəmənə raket çatdırılması mümkün deyil”.

Ordu.az “Mehrnews”a istinadən xəbər verir ki, bu fikirləri İranın Ali Milli Təhlükəsizlik Şurasının Katibi Əli Şamxani səsləndirib.

Agentliyə müsahibə verən Şəmxani Səudiyyə Ərəbistanı və ABŞ tərəfindən Yəmən böhranı ilə bağlı irəli sürülən iddialara cavab verərək bildirib ki, Yəmən Səudiyyə, ABŞ və İsrail tərəfindən çox ciddi blokadadır. Buna görə də bu halda Yəmənə nəinki raket aparmaq, ümumiyyətlə nəsə keçirmək mümkün deyil.

“Raketlər xırda şeylər deyil. Onların malik olduğu ölçü və çəkilər kiçik qayıqlarla daşınmanı qeyri-mümkün edir. Əgər bir ölkə quru, dəniz və havadan sıx şəkildə mühasirədədirsə, belə bir iddia səsləndirmək səfehlikdən başqa bir şey deyil”, - deyə katib bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Husi.Raket   ABŞ  


Bizi "telegram"da izləyin