BMT TŞ husi raketlərinin qalıqlarını araşdırır

2018/01/854555_1516979305.jpg
Oxunub: 3254     23:13     26 Yanvar 2018    
BMT Təhlükəsizlik Şurası İranın təmin etdiyi iddia edilən husi raketlərinin parçalarını araşdırmaq üçün Vaşinqtonda toplaşacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, eyni zamanda şuranın üzvləri Ağ Evdə görüşəcəklər.

ABŞ-ın BMT yanında daimi nümayəndəsi Nikki Haley ötən ay sözügedən parçaların İranın husilərə raket təmin etməsi haqqında inkar edilməz sübut olduğunu qeyd edib.

BMT-nin mütəxəssisləri yaxın günlərdə İranın Yəmənə silah embarqosunu pozduğuna dair hesabat verməklə bu iddiaları daha da qızışdırdılar.

Heyli BMT-dəki həmkarlarını Vaşinqtonun hərbi bazasındakı anbarda saxlanılan raket parçalarına baxmağa dəvət edib.

Qeyd edək ki, İran bu iddiaları təkzib edir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT-TŞ.ABŞ   İran   Husi  


Bizi "telegram"da izləyin