Rusiya MN-dən sərt cavab: Britaniyalı nazir şüurlu qabiliyyətini itirib

2018/01/10828429554565_1516970118.jpg
Oxunub: 2005     20:32     26 Yanvar 2018    
“Deyəsən, o, şüurlu olanın sərhədlərinin dərk edilməsi qabiliyyətini itirib”.

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Koneşnikov Britaniya müdafiə naziri Gevin Uilyamsın Moskvanın aqressiv planları barədə bəyanatına cavab verərkən bildirib.

“Uilyamson hərbi büdcə üçün pul işarələri uğrunda öz qızğın mübarizəsində deyəsən, şüurlu olanın sərhədlərinin dərk edilməsi qabiliyyətini itirib. Nazirin Rusiyanın Britaniya qaz xətlərinin və ya elektrostansiyalarını öyrənməsi mövzusundakı fobiyaları uşaqlar üçün komikslərdə və ya “Monti Payton: uçan sirk” serialında əksini tapmağa layiqdir”, - deyə Koneşnikov Uilyamsonun bəyanatını şərh edəkrən istehza ilə vurğulayıb.

Koneşnikovun sözlərinə görə, Britaniya elektrostansiyaları və ya boru xətlərinin “gizlilik” səviyyəsi Vestminister Abbatlığı və ya Biq Benin görüntüləri qədərdir.

“Əgər Uilyamson özünə diqqət cəlb etmək istəyirsə, bilsin ki, britaniyalıların Rusiya təhdidi ilə dəhşətə gətirilməsi mövzusunda siyasi cəfəngiyatla özünə nüfuz qazanmağa çalışan ilk nazir deyil. Lakin əgər Baş Qərargah ona belə cəfəng məlumatlarla hesabat verirsə, müdafiə büdcəsinin genişləndirilməsi yox, Britaniya qərargahçılarının tibb komissiyasından keçirilməklə yenidən attestasiyası üzərində düşünmək lazımdır”, - deyə Koneşkikov qeyd edib.

Qeyd edək ki, daha öncə Uilyamson özünün “Daily Telegraph” nəşrinə müsahibəsində Moksvanın Birləşmiş Krallığın əsas infrastrukturunun məhv edilməsi üzrə plan hazırladığını bəyan edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya-Britaniya  


Bizi "telegram"da izləyin