Mettis Çinə səfər edəcək

2018/01/45345_1516968718.jpg
Oxunub: 2324     20:10     26 Yanvar 2018    
ABŞ Müdafiə naziri Ceyms Mettis bu ilin birinci yarısında Çinə səfər edəcək

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə nazirliyinin mətbuat katibi Vu Qiyanın sözlərinə görə, iki dövlət keçən ilin yanvarından vəzifədə olan Mettisin Çinə ilk səfərini təşkil etmək üzərində birgə çalışır.

Qeyd edək ki, Çarles Hegelin 2014-cü ildəki səfərindən sonra Mettis bu ölkəyə səfər edəcək ilk Müdafiə naziri olacaq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mettis   Çin  


Bizi "telegram"da izləyin