NATO-nun “Airbus 330”-u Niderlandda sınaq enişi edib

2018/01/mmf-netherlands-image_artist-impression345345_1516968159.jpg
Oxunub: 3408     20:00     26 Yanvar 2018    
NATO-nun “Airbus A330” Çoxrollu Yükdaşıma təyyarəsi ilk dəfə olaraq Niderlandda sınaq enişi edib.

Ordu.az “Janesə” istinadən xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Niderland Aviasiya Qüvvələri özünün KDC-10 transport təyyarələrini “Airbus 330” təyyarələri ilə əvəzləməyi planlaşdırır. Ümumilikdə 7 təyyarə alınacaq. Bunların dördü Ayndhovendə, üçü isə Kolon-Uahendə yerləşdiriləcək.

İlk iki təyyarənin çatdırılması 2020-ci ilə planlaşdırılıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Airbus-A330  


Bizi "telegram"da izləyin