Ordu.az Censor.net saytına istinadən xəbər verir ki, bu barədə 2017-ci ilin dekabr ayınadək ABŞ-ın Avropadakı Quru Qoşunlarına komandanlıq edən, ehtiyatda olan general-leytenant Ben Hodces Helsinkidə keçirilən birifinqdə bəyan edib.
“Ukraynalıların “Javelin”ləri necə istifadə etdiklərini bilmirəm, lakin əminəm ki, Rusiya istənilən yolla “Javelin”ləri izləyəcək, çünki bu effektiv sistemlər vəziyyəti tamamilə dəyişməyə qadirdir”, - deyə Hodces bildirib.
O qeyd edib ki, “Javelin”lər Ukraynada vəziyyəti köklü şəkildə dəyişməklə yanaşı həm də ölkənin ordusunu xeyli dərəcədə gücləndirəcək.
Ağalar Qəribov
Ordu.az