Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə holdinqin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, artıq helikopterlərin istehsalı üzrə işlərə başlanıb.
“Hazırda Türkiyənin “Kaan Air” şirkətinə ilk helikopteri təhvil verməyə hazırlaşırıq, ikinci və üçüncü helikopterlər ilin sonunadək sifarişçilərə çatıdırılacaq. Həmçinin 2018-ci ildə daha iki belə helikopter Cənub-Şərqi Asiya ölkələrinə təhvil veriləcək”, - deyə məlumatda bildirilir.
O cülədən daha iki helikopeterin il çərçivəsində Çinin “United Helicopters” şirkətinə təhvil veriləcəyi qeyd olunur.
Ağalar Qəribov
Ordu.az