Ordu.az xəbər verir ki, bu barədə “National Interest” nəşri məlumat yayıb.
Məlumata görə, üstünlük NATO-nun tərəfində olarsa, nüvə silahının tətbiqi daha böyük ehtimalla baş verəcək. Rusiyanın isə nüvə silahını yalnız dövlətin məhv təhlükəsi olduğu halda tətbiq edəcəyi təxmin olunur.
Qərbdən olan jurnalistlərin fikrincə, konvensional müharibə olacağı təqdirdə NATO qoşunları Rusiyanı məğlub edəcək. Çünki Rusiya qoşunlarının yalnız bir hissəsi yaxşı hazırlığa və silahlanmaya malikdir. NATO-nun Rusiyanın hərbi obyektlərinə zərbələr endirəcəyi təqdirdə də Rusiya nüvə silahı istifadə edə bilər.
Qeyd edək ki, bu yaxınlarda Rusiya prezidenti Vladimir Putin 2021-ci ilədək nüvə qüvvələrinin yenilənməsi və müasir texnika ilə təchiz olunması barədə tapşırıq verib.
Ağalar Qəribov
Ordu.az