Hindistan və ASEAN dəniz təhlükəsizliyi sahəsində razılığa gəlib

2018/01/415197837_1516951543.jpg
Oxunub: 1368     15:24     26 Yanvar 2018    
“Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası və Hindistan dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığın möhkəmləndirilməsi barədə razılıq əldə ediblər”.

Ordu.az “New Straits Times” nəşrinə istinadən xəbər verir ki, bu barədə Malaziyanın baş naziri Nəcib Razak ASEAN-Hindistan sammitinin nəticələri barədə danışarkən bəyan edib.

“Assosiasiyanın liderləri Hindistanın təşkilatla birgə qarşılıqlı fəaliyyətini inkişaf etdirmək cəhdlərini müsbət qarşılayır. Biz hesab edirik ki, təhlükəsizlik məsələləri ikitərəfli əlaqələrdə əsas yer tutur”, - deyə Razak bildirib.

Onun sözlərinə görə, ASEAN və Hindistan təhlükəsizlik məsələləri üzrə qarşılıqlı fəaliyyəti gücləndirməli, dəniz cinayətləri, o cümlədən qeyri-ənənəvi terrorizm, ekstremizm və piratçılıq təhdidlərinin qarşısının alınması barədə əməkdaşlığı artırmalıdır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   ASEAN  


Bizi "telegram"da izləyin