Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Hezer Nauret xarici jurnalistlər üçün brifinqdə bəyan edib.
“Biz hesab edirik ki, Soçi danışıqları birdəfəlik razılaşma ola bilər. Bunun nə iləsə nəticələnəcəyi də mümkündür, lakin biz qətiyyətlə Cenevrə danışıqlarını dəstəkləyirik”, - deyə o bildirib.
Nauret qeyd edib ki, bu, üstünlük verilən yanaşmadır və ABŞ-ın bir çox müttəfiqləri məhz Cenevrə prosesini dəstəkləyirlər.
Ağalar Qəribov
Ordu.az