Sosial şəbəkədə “Petr Deynekin”in uçuşunun görüntüləri yayılıb

2018/01/Air-to-air_with_a_Tupolev_Tu-160345645_1516947764.jpg
Oxunub: 1578     14:21     26 Yanvar 2018    
Rusiyanın yeni Tu-160M “Petr Deynekin” strateji raket daşıyıcısının nümayiş uçuşu videoya çəkilib və bu görüntülər sosial şəbəkədə yayılıb.

Ordu.az Fedpress.ru saytına istinadən xəbər verir ki, uçuşu Rusiya prezidenti Vladimir Putin, müdafiə naziri Sergey Şoyqu və baş nazirin müavini Dmitri Roqozin izləyiblər.

Nümayiş uçuşu 300 metr yüksəklikdə keçirilməklə təxminən 7 dəqiqə davam edib.



Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tu-160M   Rusiya  


Bizi "telegram"da izləyin