Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İsrailin BMT-dəki daimi nümayəndəsi Danni Danon BMT Təhlükəsizlik Şurasının iclasında bəyan edib.
Onun sözlərinə görə, gizli məlumatlar aydın şəkildə İranın Suriyada öz mövcudluğunu gücləndirdiyini göstərir.
“Hazırda İranın Suriyada 82 min ədəd döyüş başlığı var. İranın bütün Yaxın Şərq, o cümlədən İraq, Əfqanıstan və Pakistanda 3 min məşhur İslam İnqilabı Keşikçiləri Korpusu, 9 min İran oyuncağı olan “Hizbullah”, 10 min şiə polisi var. Əlavə olaraq, İran 60 min yerli suriyalı silahlını bilavasitə idarə edir”, - deyə diplomat bildirib.
Danon qeyd edir ki, İran həmçinin bu silahlıların yerləşdirilməsi üçün bazalar da tikir.
“İranın təhlükəli davranışı Suriyada silahlıların cəlb edilməsi ilə bitmir. İran həmçinin Suriyada raket istehsalı üzrə zavodlar tikir, onun mövcudluğu isə ətraf rayonlardakı dinc sankinləri canlı qalxanlara çevirir. İran Suriyanı dünyada ən böyük hərbi bazaya çevirir”, - deyə Danon vurğulayıb.
Ağalar Qəribov
Ordu.az