Çin ABŞ-ın ənənəvi dəniz təlimlərinə dəvət edilib

2018/01/f-asiarms-a-20140914re_1516904408.jpg
Oxunub: 4407     02:38     26 Yanvar 2018    
“Mübahisəli Cənubi Çin dənizi üzərində iki ölkə arasında gərginliyin artmasına baxmayaraq, Çin bu il də ABŞ-ın əsas dəniz təlimlərinə dəvət alıb”.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin mətbuat katibi Vu Qiyan bildirib.

Onun sözlərinə görə, nazirlik ABŞ tərəfindən təlimlərə dəvət edilib və artıq ilkin şərtləri müzakirə etmək üçün Birləşmiş Ştatlara komanda göndərilib. Lakin o, məsələ ilə bağlı əlavə məlumat verməyib.

Sakit okeanın çevrə təlimləri kimi tanınan RIMPAC təlimləri dünyanın ən böyük beynəlxalq dəniz təlimləridir. Bu hər iki ildən bir iyun və iyul aylarında Havay ətrafında keçirilir. Çin daha öncə iki dəfə bu təlimlərdə iştirak edib.

2016-cı ildə baş tutan sonuncu RIMPAC-da 26 dövlətdən 25 min personal, 45 gəmi və 200 təyyarə iştirak edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: RIMPAC   Çin-ABŞ   Təlimlər  


Bizi "telegram"da izləyin