“Lockheed Martin”: Hindistanda F-35-lər istehsal edilməyəcək

2018/01/5_1516899824.jpg
Oxunub: 3218     01:03     26 Yanvar 2018    
“Hindistanda F-35 qırıcılarının yığımı və istehsalı həyata keçirilməyəcək, lakin bu, digər təyyarələrin də Hindistanda istehsal olunmayacağı demək deyil”.

Ordu.az “Defense News” portalına istinadən xəbər verir ki, bu barədə “Lockheed Martin” şirkətinin nümayəndəsi Maykl Fridman bəyan edib.

O qeyd edib ki, Hindistanda F-35-lərin istehsalı barədə şayiələr sadəcə KİV-lərin uydurmasıdır.

“Hindistanın şəxsən F-35-lər istehsal edəcəyi barədə məqalə yanlış anlaşılma nəticəsində yazılıb. Mahiyyət etibarilə bu xəbər düzgün deyil. Söhbət F-35-lərin deyil, F-16-ların mümkün istehsalından gedib”, - deyə Fridman bildirib.

Qeyd edək ki, Hindistan KİV-lərində ölkədə F-35-lərin istehsalı barədə məlumat Hindistan rəhbərliyi tərəfindən də inkar edilib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lockheed-Martin   F-35  


Bizi "telegram"da izləyin