Rusiya MN və “Tupolev” arasında Tu-160M-lər üzrə müqavilə imzalanıb

2018/01/46215694324_1516896062.jpg
Oxunub: 2564     23:57     25 Yanvar 2018    
Rusiya Müdafiə Nazirliyi və “Tupolev” ASC arasında modernləşdirilmiş Tu-160M strateji raket daşıyıcılarının təchizatı barədə müqavilə imzalanıb.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Müqavilənin imzalanması tədbiri Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Kazan aviasiya zavodunda baş tutub. Müqaviləni Rusiya müdafiə nazirinin müavini Yuri Borisov və Birləşmiş Aviaquruculuq Korporasiyasının rəhbəri Yuri Slyusar imzalayıblar.

Tu-160 strateji raket daşıyıcısı öz göyərtəsində nüvə başlıqlı qanadlı raketlər daşımağa qadirdir. 1981-ci ildən 1992-ci ilədək 36 belə təyyarə istehsal olunub.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tupolev   Tu-160M  


Bizi "telegram"da izləyin