Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, müqavilə əsasında kompaniya Avstraliya Müdafiə Qüvvələrinin döyüş idarəetmə sistemləri üçün dəstək xidməti təmin edəcək.
Kontrakt ilkin olaraq 5 illik dövrü əhatə etsə də, daha sonra 7 ilə qədər uzadıla bilər.
“Avstraliya Müdafiə Nazirliyi “Elbit Systems”in strateji partnyorudur. Bu kontraktla kompaniya Avstraliya MN-nin rəqəmsallaşma səylərinə uzunmüddətli dəstək verəcək”, - deyə şirkətin baş katibi Yehuda Vered bildirib.
“Elbit Systems” həm təhlükəsizlik, həm də mülki məqsədlərlə istifadə edilən sistem və məhsullarının keyfiyyətini inkişaf etdirməkdə olan beynəlxalq yüksək texnologiya şirkətidir.
Ağalar Ağalarlı
Ordu.az