Binəli Yıldırım: “Afrində 300-dən çox terrorçu zərərsizləşdirilib”

2018/01/274_1516888603.jpg
Oxunub: 2025     22:29     25 Yanvar 2018    
“Türkiyənin keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində 300-dən çox PYD üzvü zərərsizləşdirilib”.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə müdafiə naziri Binəli Yıldırım bəyan edib.

O qeyd edib ki, antiterror əməliyyatı uğurla davam edir.

“Biz İŞİD və PKK kimi terror qruplaşmalarına qarşı müharibə aparırıq. Onlar özlərini PYD və YPG kimi adlandırsalar da, biz onların əslində kim olduqlarını bilirik. Onlar hansı simanı alsalar da, biz 40 ildən çoxdur ki, onlar haqqında məlumatlıyıq”, - deyə Binəli Yıldırım bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zeytun-budağı   Afrin-əməliyyatı   Binəli-Yıldırım  


Bizi "telegram"da izləyin