Peskov “Ağ qu quşu”nun modernləşdirilməsindən danışıb

2018/01/271_1516887325.jpg
Oxunub: 2422     21:31     25 Yanvar 2018    
“Tu-160M strateji raket daşıyıcılarının modernləşdirilməsi barədə qərar yetərincə əsaslandırılıb”.

Ordu.az “Interfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

“Bu gün modernləşdirilmiş Tu-160M-in uçuşu nümayiş olunacaq. “Ağ qu quşu”nu hamı tanıyır. Öz dövründə bu təyyarənin modernləşdirilməsi barədə xeyli müzakirələr aparılıb. Lakin indi hər kəs onun əsaslı şəkildə modernləşdirilməsi qərarının düzgün və əsaslandırılmış olmasını anlayır”, - deyə Peskov bildirib.

O qeyd edib ki, modernləşdirilmiş yeni versiya həqiqətən də unikaldır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Tu-160  


Bizi "telegram"da izləyin