Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə NATO baş katibi Reks Tillerson “La Vanguardia” qəzetinə müsahibəsində bildirib.
“Son illərdə NATO-ya, onun müttəfiqləri və demokratik institutlara qarşı yönələn müxtəlif formalı təbliğat və dezinformasiyanın sayı əhəmiyyətli dərəcədə artıb”, - deyə Stoltenberq ona Rusiyanın Katalon böhranına müdaxiləsi barədə sualı cavablandırarkən qeyd edib.
Onun sözlərinə görə, belə mənfi təsirin məqsədi NATO ölkələrini dolaşığa salmaq və bölməkdən, demokratik institutlara olan etibarın itirməsi və Alyansın hadisələrə müdaxilə mexanizminin qəlizləşdirilməsindən ibarətdir.
“İndi bizim azad cəmiyyətlərimizin stabilliyini pozmağa yönələn cəhdlərə qarşı həmişəkindən daha diqqətli olmaq lazımdır. İstənilən xarici müdaxilə yolverilməzdir”, - deyə Tillerson vurğulayıb.
Ağalar Qəribov
Ordu.az