Ordu.az “Interfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə hərbi aviasiyanın nəzarətini izləyən Qərb saytları məlumat yayıb.
Məlumata əsasən, gövdə nömrəsi “10-2043” olan uzaqmənzilli Amerika PUA-sı Siciliyada yerləşən Siqonella aviabazasından uçaraq bütün gün ərzində Donbasda sərhəd xətti boyunca kəşfiyyat aparıb.
Bununla belə, PUA-nın sərhəd xəttinin digər istiqamətinə keçmədiyi qeyd olunur.
Əlavə edək ki, uçuş təxminən 15,5 min metr yüksəklikdə və 600 kilometr/saat sürətilə həyata keçirilib.
Ağalar Qəribov
Ordu.az